BAKI,AzerVoice
İstanbulda ilk hərbi üsyan, bu şəhərin fatehi II. Mehmed öldükdə baş verdi. İstanbul kimi strateji bir şəhəri 1453-cü ildə fəth edərək Osmanlı və dünya tarixinin istiqamətini dəyişdirən Fatih Sultan Mehmed, nikris xəstəliyindən əziyyət çəkirdi və son dövrlərində addım atmaqda belə çətinlik çəkirdi. Xəstəliyinə baxmayaraq, ordu ilə birlikdə, böyük ehtimalla Misirə yürüş etmək üçün 27 aprel 1481-də İstanbuldan ayrıldı. Xalq və hərbçilərə hələ də güclü bir hökmdar olduğunu göstərmək məqsədilə, dözülməz ağrılara qatlanaraq, şəhərdən at üstündə çıxdı.
Sultan II. Mehmed Üsküdara keçəndə, xəstəliyi artıq yerindən
qalxmasına belə imklan verməyəcək dərəcədə artmışdı. Həkimlər bütün
imkanlarını istifadə edərək Fatihi sağaltmağa çalışarkən, əsgərlər
də bir neçə gün Üsküdarda gözləmək məcburiyyətində qaldılar.
Hazırlanan dərmanlar padşahın ağrılarını bir az yüngülləşdirəndən
sonra, əsgərlərə yenidən hərəkət əmrini verdilər. Lakin Gebze
yaxınlığındakı Hünkâr Çayırına gəldikdə, Fatih bir daha komaya
girdi və həkimlərin səylərinə baxmayaraq, qısa bir müddət sonra, 3
may 1481-ci ildə, əsr namazı vaxtı vəfat etdi.
Fatih Sultan Mehmedin ölüm xəbəri əsgərlərədn gizlədiləs də,
İstanbulda ildiriım sürətilə yayıldı.Fatihin iki oğlu var idi; 33
yaşındakı böyük oğlu Bayezid Amasyada, 22 yaşındakı kiçik oğlu Cem
isə Konya şəhərində vali idi.
Veziri-əzəm Karamani Mehmed Paşa, dərhal hər iki şahzadəyə də
çaparlar göndərərək atalarının vəfat etdiyini və təcili olaraq
İstanbula gəlmələri lazım olduğunu bildirdi. İstanbula tez çatan
şahzadə taxta çıxacaqdı.
İki şahzadədən biri taxta çıxana qədər ölüm hadisəsi
ətrafdakılardan, xüsusilə də əsgərlərdən gizli saxlanmalıydı.
Sultanının hamama getməsi lazım olduğu bəhanəsiylə Fatihin cəsədi
vaxt itirilmədən İstanbula aparıldı və Topqapı Sarayına gətirildi.
Əsgərlərin padşahın ölüm xəbərini öyrənib, İstanbulda özbaşnalığa
səbəb olmamaları məqsədilə şəhərə girmələri qadağan edildi.
Şəhərdə olan əsgərlərin bir qismi də müxtəlif bəhanələrlə, xüsusən
də xındək qazılması lazım olduğu bəhanəsiylə çəhərdən
çıxarıldı.
Bütün bunlarla yanaşı, əhərin qapıları bağlanıldı, Üsküdar ilə
İstanbul arasındakı dəniz nəqliyyat vasitələri də Eminönü tərəfinə
gətirildi.
Əsgərlər, bir neçə gün sonra Fatihin öldüyünü öyrəndilər və
əllərinə keçirdikləri balıqçı gəmiləri ilə İstanbula hücum etdilər.
Bundan sonra İstanbulda böyük talan və yağmalanma başladı.Maraqlısı
isə o idi ki, şahzadə Bayezidin tərəfdarları əsgərlərin üsyanını
dəstəkləyirdilər.
Şahzadə Bayezidin taxta çıxmasında ən böyük maneə olan Cem Sultan tərəfdarı Veziri-əzəm Karamani Mehmed Paşa, evində gizlənmək məcburiyyətində qaldı. Lakin çox keçmədi ki, küçələrdə “Bayezid çox yaşasın” deyərək gəzən əsgərlər, Mehmed Paşanın evini basdılar, divanxanada gizlənən paşanı tapıb öldürdülər və kəsilmiş başını bir nizənin ucuna taxaraq şəhərin küçələrində gəzdirdilərş Bu hadisədən sonra əsgərlər İstanbulda ola varlı ailələrin də evlərini talan etdilər.
Fatih tərəfindən İstanbulun müdafiəsi və idarəsi üçün sarayda qalan keçmiş veziri-əzəmlərdən İshak Paşa, əsgərlərə pul verərək vəziyyətə tez bir zamanda hakim oldu. Şahzadə Bayezidin tərəfdarı olan İshak Paşa, İstanbulda olan 11 yaşındakı Şahzadə Korkudu, atası gələnə qədər vəkil olaraq taxta çıxardı. Beləliklə, əsgərlərin üsyanı bir az da olsa yatızdırıldı.
26 May1481-də dörd min nəfərlik müşayiət heyəti ilə əvvəl Üsküdara, buradan da İstanbula gələn Şahzadə Bayezid, əsgərlər və xalq tərəfindən alqışlarla qarşılandı.