Bakı,AzerVoice
1648 Hollandiya ilə İspaniya arasında Münster müqaviləsi imzalandı və səkkiz illik müharibəyə son qoyuldu.
1919 Paris Sülh Konfransında Müttəfiq dövlətlər Osmanlı İmperiyasını parçalamaq qərarına gəldilər.
1925 Türkiyə hökuməti VI. Konstantini İstanbuldan çıxarmağa qərar verdi.
1933 Adolf Hitler Almaniyanın kansleri oldu.
1943 Çörçil Adanaya gələrək İsmət İnönü ilə görüşüb.
1946 Macarıstan Xalq Respublikasında kommunist rejimi elan edildi
1948 Hindistan lideri Mahatma Qandi Yeni Dehlidə qətlə yetirilib.
1950 Sovet İttifaqı Şimali Vyetnam rejimini tanıdı. Fransa Sovet İttifaqına etiraz etdi.
1972 Britaniya əsgərlərinin Şimali İrlandiyada etirazçılara atəş açması 14 hüquq müdafiəçisinin ölümünə səbəb olub. Bu gün Böyük Britaniyanın tarixinə qanlı bazar günü kimi düşüb.
1975 THY-nin İzmirdən İstanbula uçan Bursa təyyarəsi Mərmərə dənizinə düşməsi nəticəsində 41 nəfər ölüb.
1979 İran hökuməti Fransada mühacirətdə olan dini lider Ayətullah Xomeyninin ölkəyə qayıtmasına icazə verdiklərini açıqlayıb.
1985 Egey dənizində keçirilən “Dəniz qurdu-85” təlimi zamanı desant gəmisi fırtına nəticəsində batıb: 39 dənizçi həlak olub.
1989 ABŞ-ın Kabildəki (Əfqanıstan) səfirliyi bağlanıb.
2000 Keniya Hava Yollarına məxsus sərnişin təyyarəsi Fil Dişi Sahili sahillərində okeana düşüb: 169 nəfər ölüb.
2005 İraqda 50 ildən sonra ilk dəfə çoxpartiyalı seçkilər keçirilib. Sünnilər seçkini boykot etdilər. Seçkilərdə qalib gələnlər şiələr olub. Cəlal Talabani ölkənin ilk kürd prezidenti seçildi.