BAKI,AzerVoice
Yavuz Sultan Selimdən, yəni Sultanın Misir Səfəri nəticəsində Hicazın Osmanlı Dövlətinə qatılmasından sonra, Osmanlı padşahları saç və saqqal təraşı olduqda kəsilən tüklərin toplanır, bir qızıl ləyəndə gül suyu ilə yuyulurdu və saxlanılırdı.
Hər il Hac zamanı, İstanbul hacıları yola çıxarkən kəsilən saçlar bir baölamaya bütükül və Həcəc rəhbərinə tapşırılırdı
O da bu tükləri Mədinə şəhərində peyğəmbərin məzarə ətrafında
basdırardı.Maraqlısı isə odur ki, bütün müsəlmanların xəlifəsi olan
Osmanlı padşahları hər il saqqal və saç tüklərini Hicaza
göndərdikləri halda özləri hacca getməmişdilər.
Osmanlı sülaləsindən həcca gedən yeganə şəxs Fatih Sultan Mehmedin
kiçik oğlu Cem Sultandır.
Sülalə üzvləri şahzadələrin də saray nəzarətindən uzaq qalacaqları
üçün siyasi fəaliyyətə imkan tapmayacaqlarına görə, onlara həccə
getməıyə icazə vermirdi.Osmanlı padşahları həcca getmək əvəzinə, öz
yerlərinə bir neçə nəfər vəkil göndərmişdilər. Məsələn, 1573-cü
ildə həcdə Osmanlı sülaləsini II. Selimin qızı Şah Sultan təmsil
edirdi.
Osmanlı padşahlarının heç həcca getməməsi dini baxımdan olmasa da, siyasi baxımdan çox başa düşüləndir.