Əsas səhifə » Tarixdə bu gün - 20 yanvar

Tarixdə bu gün - 20 yanvar

Bakı,AzerVoice

1815 Napoleon 140.000 nəfərlik ordu və 200.000 nəfərlik könüllü qüvvə ilə Parisə daxil oldu.

1861 Argentinanın Mendoza şəhəri güclü zəlzələ nəticəsində dağılıb.

1916 Albert Eynşteyn nisbilik nəzəriyyəsini nəşr etdi.

1921 Türkiyə Böyük Millət Məclisinin formalaşmasından sonra 23 maddədən ibarət ilk konstitusiya qəbul edildi.

1921 İtaliya Kommunist Partiyası yaradıldı.

1923 İsmət Paşa Lozannada yunanların yandırdığı 26 şəhərin siyahısını təqdim etdi.

1929 Leon Trotski Sovet İttifaqından qovuldu.

1945 Böyük Britaniyada təhsilini başa vuran 50 türk tələbəyə pilot nişanları verilib.

1947 Fransada Şarl de Qoll siyasətdən getdiyini bəyan edib və tutduğu vəzifədən istefa verib.

1950 İcarələrin azad edilməsi qərara alınıb.

1952 Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi Koreyada 34 zabit, 46 kiçik zabit və 1252 sıravi əsgərin şəhid olduğunu açıqlayıb.

1953 General Eisenhower ABŞ-ın prezidenti seçildi.

1961 Con Kennedi ABŞ-ın 35-ci prezidenti seçildi.

1963 Yanvarın 21-25-də ölkənin bütün ərazilərində kəskin soyuq hava şəraiti müşahidə olunub. Elektrik və su kəsilib, qatarlar yollarda qalıb. Uludağda qarın qalınlığı 25 metrdir.

1967 İsmayıl Akçay Beynəlxalq Las Veqas Marafonunda 2 saat 23 dəqiqə 3 saniyə ilə ikinci oldu

1968 Türkiyə Yunanıstandakı hərbi rejimi tanıyan ilk ölkə olub

1972 Türk Hava Yollarına məxsus Marmara təyyarəsi Adanada qəzaya uğrayıb. Təyyarədə sərnişin olmayıb. Beş nəfərlik ekipajdan bir stüardessa ölüb, dörd xidmətçi yaralanıb.

1975 ASALA terror təşkilatı yaradılıb.

1981 İran 444 gün girovluqda olan 52 amerikalının azad edildiyini açıqlayıb. Bu xəbər Ronald Reyqanın ABŞ prezidentliyini Cimmi Karterdən təhvil almasından bir neçə dəqiqə sonra gəldi

1986 Jak Şirak Fransanın baş naziri oldu.

1989 Corc HV Buş ABŞ-ın 41-ci prezidenti seçildi.

1989 Samsunspor komandası Malatyaspor ilə liqa matçına gedərkən yolda qəza keçirib və 3 nəfər ölüb.

1990 Sovet ordusunun Bakıda törətdiyi qırğın nəticəsində yüzlərlə günahsız insan həlak olub.

zərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.

Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla, SSRİ-nin cinayətkar rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 147 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs ümummilli lider Heydər Əliyev oldu. Belə ki, Heydər Əliyev 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib.

Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

Bu gün isə bütün şəhidlərimizin ruhu şaddır. Çünki onların uğrunda canlarından keçdiyi Azərbaycan 44 günlük Vətən müharibəsindən qalib çıxaraq öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan xalqı öz şəhidlərini heç zaman unutmayacaq, onların əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq.

1990 Azərbaycanda 143 türk ermənilər tərəfindən qətlə yetirilib.

1993 Bill Klinton ABŞ-ın 42-ci prezidenti seçildi.

1996 Fələstində ilk dəfə prezident seçkiləri keçirilib.

2001 Corc Buş ABŞ-ın 43-cü prezidenti seçildi.

2009 Barak Obama ABŞ-ın 44-cü prezidenti kimi səlahiyyətlərinin icrasına başlayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice