Əsas səhifə » Yeniçərilərin “Bəxşiş” üsyanı

Yeniçərilərin “Bəxşiş” üsyanı

BAKI,AzerVoice

Fateh Sultan Mehmet ikinci dəfə taxta keçdikdən sonra 1451-ci ildə Qaraman yürüşünə çıxdı. Osmanlı ordusunu qarşısında görən Qaramanlı aman istədikdən sonra Fateh, Osmanlı torpaqlarına geri döndü.

Gənc sultan Bursada ikən yeniçərilər "səfər bəxşişi istəyirik" deyərək üsyan qaldırdılar. Yolun iki tərəfində silahla düzülən yeniçərilər Fatehə “Padşahımızın ilk səfəridir, qullara hədiyyə lazımdır” dedilər. Əsgərin bu davranışından xeyli narahat olan və incik düşən Fateh, 10 kisə akça paylayaraq vəziyyəti sakitləşdirdi. Daha sonra Yeniçəri Ağası Kurtçu Doğanı cəzalandıraraq vəzifəsindən uzaqlaşdırdı və yerinə Mustafa bəyi yeniçəri ağası təyin etdi.

Yeniçəri zabitləri də Fatehin qəzəbindən öz paylarını aldılar. Yayabaşlarını çağırıb, “Bu tərbiyəsizlik sizin ağılsızlığınızın nəticəsidir” deyərək onlara yüz çubuq vurulmasını əmr etdi və onları da vəzifələrindən uzaqlaşdırdı. Yeniçəriləri nəzarətdə saxlamaq üçün özünə bağlı bir neçə min doğancı və səkbəni onların arasına qatdı.

Fatehin əsgərin üsyanına verdiyi bu reaksiya və yeni tənzimləmələr səbəbindən yeniçərilər onun hakimiyyəti boyunca çox çətinliklərlə qarşılaşmalarına baxmayaraq, bir daha səs çıxara bilmədilər.

Digər Kateqoriyalar

2025 © Azervoice