Bakı,AzerVoice
Bizans 1372-ci ildən Osmanlılara xərac verməyə başladı. Şəhəri bilavasitə Osmanlı hakimiyyəti altına almaq cəhdi Yıldırım Bəyəzidin dövründə olub.
Bursada girovluqda olarkən atasının ölümündən sonra qaçaraq Bizans taxtına çıxan Manuel Palioloqos, Yıldırımın İstanbulda türk məhəlləsi, məscidi və saray qurmaq istəyini rədd etdikdən sonra, şəhər uzun müddət blokadaya alındı.
1391-ci ildə başlayan blokada 1396-cı ilə qədər davam etdi.
Avropadan səlibçi ordusunun Bizansa köməyə gəlməsi ilə baş verən Nikopol döyüşündə Osmanlılar böyük qələbə qazandılar. Bunun üzərinə Bizans Osmanlının bütün tələblərini qəbul etməli oldu.
Sonrakı illərdə yenidən mühasirəyə alınan İstanbul Osmanlıların əlinə keçmək üzrəykən Anadoluya girərək Yıldırımın üzərinə yürüş edən Teymur şəhəri xilas etdi.
Bir müddət rahat nəfəs alan İstanbul 1412-ci ildə padşahlıq
dövründə Musa Çələbi tərəfindən mühasirəyə alındı.
İstanbulun fəthindən əvvəl son mühasirəsi, 1422-ci ildə II Murad
tərəfindən edilmişdir. Lakin heç bir nəticə əldə olunmayıb.
Bu dövrlərdə topun yetərincə inkişaf etməməsi və İstanbulun mühasirələri zamanı daimi xarici və ya daxili təhlükə şəhərin Fatehdən əvvəl Osmanlıların əlinə keçməsinin qarşısını aldı.