Bakı, AzerVoice
1610 Sultanəhməd məscidinin təməli qoyuldu.
1896 Yuta Birləşmiş Ştatların 45-ci ştatı oldu.
1926 İstanbulspor A.Ş. Kemal Halim Gürgen tərəfindən quruldu.
1932 Mahatma Qandi Hindistanda həbs edildi.
1944 Sovet əsgərləri Polşa sərhədini keçdi.
1950 Türkiyə-Yuqoslaviya Ticarət Müqaviləsi imzalandı.
1951 Çin Xalq Respublikası və Şimali Koreya qoşunları Seulu işğal etdilər.
1954 Prezident Cəlal Bayar Kayseridə Türkiyənin ilk işçi bankını açdı.
1962 ABŞ prezidenti Con Kennedi Vyetnama daha çox əsgər göndərəcəklərini açıqladı.
1967 490 kilometr uzunluğunda Batman-İskəndərun neft kəməri istifadəyə verildi.
1967 İraq neft kəməri açıldı.
1969 İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiya imzalandı. Türkiyə bu konvensiyanı 2001-ci ildə ratifikasiya edib.
1976 Çanaqqalanın qədim Troya şəhərinin yerində 12 metr hündürlüyündə Truva Atı tikildi.
1986 Boğazda Fatih Sultan Mehmet körpüsünün tikintisinə başlandı.
2004 Əfqanıstanın böyük parlamenti Loya Cirqa yeni konstitusiya qəbul etdi.
2004 Gürcüstanda Mixail Saakaşvili Eduard Şevardnadzeni əvəz edərək prezident seçildi.
2010 Burj Xəlifənin tikintisi başa çatdı və dünyanın ən hündür göydələni oldu.