Bakı, AzerVoice
1791 The Observer-in (dünyada ilk bazar günü qəzeti) ilk nömrəsi işıq üzü gördü.
1881 Los Angeles Times-ın ilk nömrəsi nəşr olundu.
1897 Osmanlı İmperiyası ilə Yunanıstan arasında sülh müqaviləsi imzalandı.
1918 ABŞ prezidenti Vudro Vilson I Dünya Müharibəsi sülh danışıqları üçün Versala gəldi. O, prezidentliyi dövründə Avropaya səfər edən ilk ABŞ prezidenti olub.
1920 Ankarada maaşlarını ala bilməyən müəllimlər ilk dəfə tətilə çıxdılar.
1927 Türkiyədə Cümhuriyyət dövrünün ilk kağız pulları dövriyyəyə buraxıldı.
1933 Eskişehir Şəkər Zavodu quruldu.
1943 İnönü-Çörçill-Ruzvelt arasında Qahirə Konfransı keçirildi.
1945 İstanbulda keçirilən antikommunist nümayişində Tan, La Turquie, Yeni Dünya mətbəələri, Berrak və ABC kitab mağazaları dağıdıldı.
1955 Türkiyədə ilk elektrik qatarı İstanbulda Sirkeci və Halkalı arasında fəaliyyətə başladı.
1980 Rok qrupu Led Zeppelin dağıldığı elan edildi.
1981 ABŞ prezidenti Ronald Reyqan MKİ-nin ölkədə casusluq fəaliyyətinə icazə verdi və agentliyin səlahiyyətlərini genişləndirdi.
2000 Yatağan İstilik Elektrik Stansiyasında istehsal dayandırıldı. Elektrik stansiyası filtrsiz işlədiyi üçün Yatağan xalqını zəhərləyirdi.
2002 BMT Təhlükəsizlik Şurası İraqın "ərzaq əvəzinə neft" proqramını altı ay müddətinə uzatmağa qərar verdi.