Əsas səhifə » Tarixdə bu gün –15 Noyabr

Tarixdə bu gün –15 Noyabr

Bakı,AzerVoice

1315 İsveçrəlilər Morqarten döyüşündə Habsburqlara qarşı gəldilər.

1638 Osmanlı ordusu Bağdadı mühasirəyə almağa başladı.

1889 Braziliyada monarxiya devrildi, respublika quruldu.

1920 İsveçrənin Cenevrə şəhərində Millətlər Liqasının ilk iclası keçirilib.

1937 Dersim üsyanının lideri Seyit Rıza və 6 dostu Tuncelidə edam edildi.

1956 Orta Şərq Texniki Universiteti yaradıldı.

1960 Cənubi Karolina ştatının Çarlston şəhərində nüvə silahı daşıyan ilk sualtı qayıq USS George Washington suya buraxılıb.

1967 Kiprdə 3 türk kəndinə hücum edərək zəbt edən yunan terrorçuları 28 türkü öldürüb, 200-dən çox türk isə itkin düşüb. Nazirlər Şurası növbədənkənar iclas keçirərək Baş Qərargah rəisi və qüvvələr komandirləri ilə bağlı vəziyyəti dəyərləndirib.

1969 Milyonlarla insan Vaşinqtonda Vyetnam müharibəsinə qarşı nümayiş keçirdi.

1971 Intel şirkəti dünyanın ilk kommersiya tək çipli mikroprosessoru olan 4004-ü təqdim etdi.

1975 İstanbul Dövlət Klassik Türk Musiqisi Korosu yaradıldı.

1977 Pakistanda keçirilən Beynəlxalq Atletika Yarışlarında marafon kateqoriyasında türkiyəli atlet Vəli Ballı birinci olub.

1979 Haydarpaşa dalğaqıranında Yunanıstana məxsus "Evrenia" yük gəmisi ilə toqquşan Rumıniyaya məxsus "İndependenta" tankerinin partlaması nəticəsində 51 rumın dənizçi həlak olub.

1983 Şimali Kipr Türk Cümhuriyyəti elan edildi.

1988 Baş nazir Turqut Özal Türkiyənin Fələstin dövlətini tanıdığını açıqlayıb.

1995 Türkiyə Milli Futbol Komandası İsveçlə heç-heçə etdi. Bununla da ilk dəfə olaraq Avropa çempionatında iştirak hüququ qazanılıb.

2000 Manisada 16 gəncə işgəncə vermək iddiası ilə üçüncü dəfə mühakimə olunan polis məmurlarına 5 ildən 10 ilə qədər həbs cəzası verilib. İlk iki məhkəmə prosesində polis məmurlarına bəraət verilib.

2003 Şənbə ibadəti zamanı İstanbulda Neve Şalom Sinaqoqu ilə Beth İsrael Sinaqoqunda eyni vaxtda intihar hücumları həyata keçirilib; 25 nəfər ölüb

Digər Kateqoriyalar

2024 © Azervoice