Bakı. AzerVoice
1793 Parisdə Luvr Muzeyi açıldı.
1829 Uzun Mehmed Zonguldağda ilk daş kömürünü tapdı.
1864 Abraham Linkoln ABŞ prezidenti seçildi.
1889 Montana ABŞ-nin 41-ci ştatı oldu.
1892 Qrover Klivlend ABŞ prezidenti seçildi.
1895 Alman fizik Wilhelm Rentgen X şüasını kəşf etdi.
1899 Bronx Zooparkı açıldı.
1922 Lüleburgaz düşmən işğalından azad edildi.
1923 Almaniyada Adolf Hitler və tərəfdarları tarixə "Piyvəxana çevrilişi" olaraq keçəcək hadisə ilə Bavariya əyalətinin idarəsini ələ keçirmək üçün qiyam etdilər.
1932 Almaniya seçkilərində Nasist Partiyası 196 millət vəkili ilə yenidən birinci partiya oldu.
1932 Franklin D. Ruzvelt ABŞ prezidenti seçildi.
1933 Əfqanıstan kralı Nadir Şah öldürüldü, yerinə 18 yaşlı oğlu Zahir Şah keçdi.
1935 Fernan Buisson Fransa baş naziri oldu.
1938 Almaniyada yəhudilərə qarşı "Kristal Gecəsi" adı ilə tanınan kütləvi hücum başladı. Alman polisi, yəhudiləri özlərini müdafiə edə bilməz hala gətirmək üçün tədbirlər aldı.
1939 Corc Elser Hitlerə sui-qəsd təşkil etdi, amma sui-qəsd uğurlu olmadı.
1960 Con F. Kennedi ABŞ prezidenti seçildi.
1965 Ankara Siyasi Elmlər Fakültəsinə bağlı Mətbuat və Yayım Yüksək Məktəbi açıldı.
1982 Türkiyədə xalq səsverməsinə təqdim edilən Konstitusiyanın 91,3 faizlə qəbul edildiyi açıqlandı.
1988 Çində zəlzələ baş verdi: 1000 nəfər həlak oldu.
1988 ABŞ prezident seçkilərində Respublikaçı namizəd Corc Buş seçildi.
1996 Daxili işlər naziri Mehmet Ağar istefa etdi. Ağar Susurluk qəzasi ilə əlaqədar "çete" iddiaları ilə günahlandırılmışdı. Onun yerinə Meral Akşener daxili işlər naziri oldu.
2000 Üzvlük Tərəfdaşlığı Sənədi açıqlandı. Bu sənəd Türkiyənin Avropa İttifaqı üzvlüyü yolunda atmalı olduğu addımları müəyyən etdi.
2000 ABŞ-də Demokrat namizəd Al Qor və Respublikaçı namizəd Corc Buşun səsləri bərabər çıxdı. Səslərin dəfələrlə yenidən sayılmasından sonra Buş prezident oldu.
2009 Salvador’da sel fəlakəti 124 nəfərin ölümünə, 60 nəfərin isə itkin düşməsinə səbəb oldu.
2020 Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar. Prezident İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə Şuşa şəhərinin işğaldan azad olunduğunu bildirdi. Birinci vitse-prezident Mehriban Əliyeva Şuşa şəhərinin azad olunması münasibətilə rəsmi "İnstagram" səhifəsində etdiyi paylaşımda Azərbaycan xaqlını təbrik etdi. Ali Baş Komandan İlham Əliyev general Hikmət Mirzəyevi qələbə münasibətilə təbrik etdi.Prezident İlham Əliyev Türkiyənin xarici işlər və milli müdafiə nazirlərini qəbul etdi.Düşmən itkilər verərək geri çəkilməyə məcbur edildi. Düşmənin bir gündə darmadağın edilən texnikaları siyahısı açıqlandı. Azərbaycan Ordusu Şuşa şəhərinə tam nəzarət edir.