Əsas səhifə » İsrailin Qəzzaya hücumları nəticəsində həlak olanların sayı 51 min nəfəri keçib

İsrailin Qəzzaya hücumları nəticəsində həlak olanların sayı 51 min nəfəri keçib

BAKI, AzerVoice

İsrail ordusunun 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı 51 min 266 nəfərə yüksəlib.

AzerVoice xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin Qəzzada davam edən hücumlarında həlak olan və yaralananlarla bağlı son məlumat paylaşılıb.

Bildirilib ki, son 24 saat ərzində Qəzzada 26 nəfər ölüb, 60 yaralı xəstəxanalara çatdırılıb.

Yanvarın 19-da Qəzzada razılaşdırılmış atəşkəsi pozan İsrail ordusunun martın 18-dən bu yana həyata keçirdiyi hücumlarda min 890 fələstinlinin həyatını itirdiyi, 4 min 950 nəfərin isə yaralandığı bildirilib.

Qeyd edək ki, İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 51 min 266 nəfərə, yaralı sayının isə 116 min 991 nəfərə yüksəldiyi bildirilib.

Qəzza zolağında dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.

Digər Kateqoriyalar

2025 © Azervoice