9
BAKI, AzerVoice
Bir neçə İsrail vətəndaşı Qəzza zolağına qanunsuz şəkildə daxil olmağa cəhd edib.
AzerVoice xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, söhbət mülki şəxslərdən gedir. Onlar İsrail ərazisi ilə zolağı ayıran təhlükəsizlik baryeri zonasında hərəkət ediblər, lakin Qəzza zolağının ərazisinə keçə bilməyiblər.
Hadisə yerinə İsrail Ordusunun hərbi qüvvələri göndərilib və həmin şəxslər təhlükəsiz şəkildə geri qaytarılıb.
Ordu bildirib ki, qayda pozucuları İsrail polisinin nəzarətinə verilib və dindirilmək üçün sorğuya aparılıblar. Hadisənin motivləri və məqsədləri araşdırılır.