Əsas səhifə » Qəzzada aclıq təhlükəsi ən dərin səviyyədədir - UNRWA

Qəzzada aclıq təhlükəsi ən dərin səviyyədədir - UNRWA

BAKI, AzerVoice

Qəzzada ərzaq ehtiyatları tükənib, bölgə yenidən aclıq təhlükəsi ilə üz-üzədir.

AzerVoice xəbər verir ki, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) Qəzza zolağında ərzaq ehtiyatlarının tükəndiyini açıqlayıb.

Qurumun baş komissarı Filip Lazzarini bölgənin yenidən aclıq təhlükəsi ilə qarşılaşdığını bildirib.

Lazzarinin sözlərinə görə, yanvarın 19-da qüvvəyə minən atəşkəsdən sonra mart ayında İsrail ordusu tərəfindən hücumlar bərpa edilib və altı həftədir davam edən mühasirə nəticəsində bölgəyə humanitar yardım çatdırılmır. O, İsrailin sahil xəttini tam mühasirəyə aldığını və ərzaqdan silah kimi istifadə etdiyini qeyd edib. UNRWA beynəlxalq ictimaiyyəti dərhal müdaxilə etməyə çağırıb.

Qeyd edək ki, 7 oktyabr 2023-cü ildən bu yana İsrail ordusu Qəzza zolağında təxminən 80 min nöqtəyə hava hücumu təşkil edib. Ordudan verilən məlumata görə, yaxın günlərdə texniki nasazlıq səbəbilə Qəzza zolağına atılmalı olan bomba, səhvən İsrailin Qəzzaya yaxın Nir Yitzhak qəsəbəsinə düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb və məsələ araşdırılır.

Digər Kateqoriyalar

2025 © Azervoice