Əsas səhifə » Britaniya Fələstini dövlət kimi tanımağa əxlaqi və tarixi məsuliyyət daşıyır

Britaniya Fələstini dövlət kimi tanımağa əxlaqi və tarixi məsuliyyət daşıyır

Bakı, AzerVoice

Böyük Britaniyadakı Fələstin missiyasının rəhbəri səfir Husam Zomlot bəyan edib ki, Qəzza və İordan çayının qərb sahilinin yenidən qurulması üçün qeyri-siyasi peşəkar və texnokratlardan ibarət vahid qanuni hökumət olmalıdır.

AzerVoice xəbər verir ki, Zomlot cümə günü bildirib ki, Böyük Britaniyada yeni hökumət Fələstini bir dövlət kimi tanımağa söz verib.

İngiltərə Xarici İşlər Nazirliyi ilə mütəmadi görüşlər keçirdiklərini ifadə edən Zomlot, İngiltərə hökumətinə ən qısa zamanda "tanıma"nın həyata keçirilməsinə dair çağırışını təkrarladığını və verilən vədlərə riayət olunmasını bildirdi.

Zomlot, Fələstinin dövlət olaraq tanınması ilə bağlı İngiltərə hökumət rəsmiləri ilə apardığı danışıqlara gəlincə, "Deyirlər, zaman məsələsidir. Biz də onlara zamanın indi olduğunu deyirik. Əks halda, iki dövlətli həll və tanınma vədləri məsələsində ciddi deyillər",- deyə o qeyd edib.

Son iclaslarını cümə axşamı günü keçirdiklərini ifadə edən Zomlot, əvvəlki İngiltərə hökuməti ilə müqayisədə yeni hökumətin münasibətindən razı qaldıqlarını bildirib.

Bununla belə, "getmək üçün hələ çox yol var" deyən Zomlot "Yeni hökumətin əvvəlki [Mühafizəkarlar Partiyası] hökumətinin Beynəlxalq Cinayət Məhkəməsi (ICC) vasitəsilə beynəlxalq məhkəmə sisteminə müdaxiləsini geri götürmək qərarını müsbət hesab edirik. Çünki ICC-yə müdaxilə etmək eyni zamanda İsraili hər hansı məsuliyyətdən qorumaq mənasına gəlir",- deyə əlavə edib.

Qeyd edək ki, İspaniya, Norveç, İrlandiya və Sloveniya may ayında Fələstini dövlət kimi tanıyacaqlarını açıqlamışdı. İyun ayında Ermənistan Fələstini dövlət kimi tanıdığını bəyan edib.

2017-ci ildə ABŞ-daki Fələstin missiyasında səfir vəzifəsində çalışmış Husam Zomlot Britaniyanın İsraili cilovlamaqda rol oynamalı olduğunu bəyan edib.

1917-ci ildə nəşr olunan Balfour Bəyannaməsinə görə İngiltərənin Fələstin xalqına qarşı məsuliyyət daşıdığını ifadə edən Zomlot, "İngiltərə mandatı tarixən Fələstin xalqının [o illərdə] əzab çəkməsinə və zülmünə tarixi olaraq töhfə vermişdir. Ona görə də tarixi baxımdan mənəvi və siyasi bir məsuliyyət daşıyır”,- deyə sözlərini ifadə edib.

1917-ci ilin noyabrında İngiltərə Xarici İşlər Nazirliyi Balfur Bəyannaməsini dərc edərək, o zaman Osmanlı İmperatorluğuna aid olan Fələstin torpaqlarında “yəhudi xalqı üçün milli bir yurd”un yaradılmasına öz dəstəyini ifadə etmişdi.

Bu səbəbdən Balfur Bəyannaməsi bir çoxları tərəfindən İsrail-Fələstin böhranının başlanğıc nöqtəsi kimi qəbul edilir.

ABŞ və İsrailin son nəticədə HƏMAS-ın Qəzzada mövcud olmasını istəyib-istəməməsi sualını cavablandıran Zomlot, “Başqa formul yoxdur” deyib.

Birləşmiş bir Fələstin hökumətindən başqa variantın olmadığını ifadə edən Zomlot, "Yeganə düstur Qəzza, İordan çayının qərb sahili və Qüdsdə yaşayan xalqımızın ehtiyaclarını qarşılayan və onlara qayğı göstərən vahid bir Fələstin hökumətinin olmasıdır",- deyə qeyd edib.

Digər Kateqoriyalar

2024 © Azervoice