Əsas səhifə » Qəzzada hədəf jurnalistlərdir - 200-dən çox ölüm

Qəzzada hədəf jurnalistlərdir - 200-dən çox ölüm

BAKI, AzerVoice

İsrailin Qəzzaya qarşı hücumlarında 210 jurnalist həyatını itirib.

AzerVoice xəbər verir ki, 7 oktyabr 2023-cü ildən etibarən İsrailin Qəzzaya qarşı başlatdığı genişmiqyaslı hücumlar zamanı həyatını itirən jurnalistlərin sayı 210-a çatıb.

Son hücumlardan biri Qəzzanın Xan Yunus şəhərindəki Nasser xəstəxanası yaxınlığında baş verib. Burada jurnalistlərin yaşadığı çadır hava hücumuna məruz qalıb. Hücum nəticəsində, fələstinli jurnalist Hilmi əl-Fəqavi həyatını itirib və 9-u jurnalist olmaqla 10 nəfər yaralanıb.

Fələstinli jurnalist Hilmi əl-Fəqavi, bombardman nəticəsində çadırında yanaraq həlak olub. Bu hücumlar, Qəzzadakı jurnalistlərin təhlükəsizliyini təhdid edən bir çox digər hadisə ilə birləşərək, regionda media işçiləri üçün böyük bir riskə çevrilib.

Qəzzaya edilən hücumlar daha çox media işçilərinin və jurnalistlərin hədəf alınması ilə yadda qalır. Son məlumatlara görə, hücumlar nəticəsində 210 jurnalist həlak olub və bu, hələ də artmaqda davam edir.

Qeyd edək ki, İsrailin Qəzzaya qarşı davam edən hərbi əməliyyatları beynəlxalq humanitar təşkilatlar tərəfindən kəskin şəkildə pislənib, jurnalistlərin və mülki şəxslərin həyatını qorumaq məqsədilə tələblər irəli sürülüb.

Digər Kateqoriyalar

2025 © Azervoice