Əsas səhifə » HƏMAS İsrailin cənubunda baş verən hücumu öz üzərinə götürüb

HƏMAS İsrailin cənubunda baş verən hücumu öz üzərinə götürüb

BAKI, AzerVoice

HƏMAS İsrailin cənub bölgələrinin, o cümlədən Aşdod şəhərinin raket atəşinə tutulmasına görə məsuliyyəti öz üzərinə götürüb.

AzerVoice xəbər verir ki, bu barədə HƏMAS-ın qanadı olan "İzzəddin əl-Qəssam Briqadaları"nın Telegram kanalında yaydığı bəyanatda bildirilib.

“İsrailin mülki vətəndaşlara qarşı törətdiyi cinayətlərə cavab olaraq Aşdod şəhərinə raket zərbəsi endirdik” - deyə bəyanatda qeyd olunub.

Xatlırladaq ki, bundan əvvəl İsrail qüvvələri bildirib ki, Qəzza zolağından İsrail ərazisinə 10 raket atılıb və onların bir qismi hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Digər Kateqoriyalar

2025 © Azervoice