11
BAKI, AzerVoice
İsrail ordusu Qəzza zolağının cənubunda yerləşən Xan Yunis düşərgəsindəki bir evə hava zərbəsi endirib.
AzerVoice xəbər verir ki, bu barədə Fələstin mətbuatı məlumat yayıb.
Məlumata əsasən, hücum nəticəsində bir qız uşağı ölüb, bir neçə nəfər isə yaralanıb.
Qeyd edək ki, xilasedici qruplar bir neçə gün əvvəl Xan Yunis şəhərinin şərqində yerləşən Bəni Suheylə qəsəbəsində İsrail ordusunun bombaladığı evdən azyaşlı uşağın cəsədini çıxarıblar.
Həmçinin, İsrailin Xan Yunis şəhərinin Əl-Əvamerə bölgəsində vətəndaşların toplaşdığı əraziyə etdiyi artilleriya zərbəsi nəticəsində 4 nəfər yaralanıb.