Əsas səhifə » Qəzzada iki UNRWA əməkdaşı öldürülüb

Qəzzada iki UNRWA əməkdaşı öldürülüb

BAKI, AzerVoice

İsrail ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İnkişaf Agentliyinin (UNRWA) 2 əməkdaşını öldürüb.

AzerVoice xəbər verir ki, bu barədə agentliyin baş komissarı Filipp Lazzarini məlumat verib.

“UNRWA-dan 2 həmkarımızın və Fələstin Qızıl Aypara Cəmiyyətindən 8 təcili yardım işçisinin həyatını itirdiyini dərin üzüntü ilə öyrəndik”, - deyə Lazzarini bildirib.

İsrailin 7 oktyabr 2023-cü ildən bəri başlatdığı hücumlar nəticəsində Qəzza zolağında həlak olan yardım işçilərinin sayının 408-ə yüksəldiyinə diqqət çəkən Lazzarini onların 280-dən çoxunun UNRWA əməkdaşı olduğunu vurğulayıb.

“Dünən Rəfahda həyatını itirən həmkarlarımızdan birinin meyidi, Fələstin Qızıl Aypara Cəmiyyətinin tibb işçilərinin meyitləri ilə birlikdə, insan ləyaqətinə zidd olaraq dərin bir çuxura basdırılmış şəkildə aşkarlandı, - deyə o bildirib.

Qəzzada bu kimi qətllərin artıq adi hala çevrildiyini bildirən Lazzarini deyib:

“Bu "yeni normal" ola bilməz. Cavabdehlik tələb olunmalıdır. Təcili müdaxilə qruplarını, jurnalistləri və ya humanitar yardım işçilərini hədəf almaq və ya həyatlarını təhlükəyə atmaq beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır.”

Digər Kateqoriyalar

2025 © Azervoice