15
BAKI,AzerVoice
İsrail fələstinlilərin Məscidül-Əqsada ibadət etməsinə mane olmaqda davam edir.
AzerVoice xəbər verir ki, İsrail hakimiyyəti Ramazan ayının dördüncü cümə günü İordan çayının qərb sahilində yaşayan fələstinlilərin Məscidül-Əqsaya daxil olmasına sərt məhdudiyyətlər tətbiq edib.
Cümə səhərindən etibarən yüzlərlə fələstinli Qüdsə çatmaq üçün Qalandiya keçid məntəqəsinə axışıb. İsrail qüvvələri onların şəxsiyyətlərini ciddi şəkildə yoxlayıb və bəzi şəxslərin xüsusi icazəsi olmasına baxmayaraq keçidinə icazə verməyib.
Qeyd edək ki, İsrailin Məscidül-Əqsaya giriş məhdudiyyətləri uzun illərdir davam edir və bu vəziyyət xüsusilə Ramazan ayında daha da sərtləşir.