BAKI,AzerVoice
Fələstin Qızıl Aypara Cəmiyyəti, İsrail ordusunun mühasirəyə aldığı Rəfahda tibb işçilərinin aqibətindən xəbər olmadığını bildirib.
AzerVoice xəbər verir ki, Fələstin
Qızıl Aypara Cəmiyyəti, Qəzzanın cənubunda yerləşən Rəfah
şəhərindəki mühasirədə 9 tibb işçisinin taleyinin məlum olmadığını
açıqlayıb.
Bəyanatda, Fələstin Qızıl Aypara Cəmiyyətinin öz komandalarının
təhlükəsizliyi barədə dərin narahatlıq ifadə etdiyi və İsrailin
məsuliyyət daşıdığı vurğulanıb.
Ayrıca, beynəlxalq ictimaiyyətə müraciət edərək, xilasetmə
qruplarının mühasirəyə alınan Tel əl-Sultan bölgəsinə çatması üçün
təcili hərəkətə keçilməsi çağırılıb. Martın 23-də verilən ilk
açıqlamada isə İsrail ordusunun xilasetmə maşınlarını mühasirəyə
aldığı, nəticədə bəzi tibb işçilərinin yaralandığı bildirilib.
Qeyd edək ki, Fələstin Qızıl Aypara işçilərinin beynəlxalq müdafiəsinin təmin edilməsi tələbi də irəli sürülüb.