Əsas səhifə » Yüz minlərlə fələstinli Qüdsdə təravih namazı qıldı

Yüz minlərlə fələstinli Qüdsdə təravih namazı qıldı

BAKI,AzerVoice

Qüdsdə yerləşən Əl-Əqsa məscidində Ramazan ayının 25-ci günündə yüz minlərlə fələstinli İsrailin tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq təravih namazı qıldı.

AzerVoice xəbər verir ki,Əl-Əqsa məscidini idarə edən Qüds Vəqflər və Əl-Əqsa işləri idarəsinin verdiyi məlumata görə, ibadət edənlərin əksəriyyəti Qüds sakinləri və İsrail vətəndaşı olan fələstinlilər olub.

Lakin işğal altındakı İordan çayının qərb sahilində yerləşən müxtəlif şəhər və qəsəbələrdən minlərlə fələstinlinin Qüdsə daxil olması İsrailin hərbi keçid məntəqələri tərəfindən əngəllənib. Ramazan ayının əvvəlindən etibarən İsrail tərəfindən tətbiq edilən məhdudiyyətlər çərçivəsində yaş və təhlükəsizlik yoxlamaları insanların şəhərə buraxılıb-buraxılmayacağını müəyyən edib.

Digər Kateqoriyalar

2025 © Azervoice