Əsas səhifə » İsrailin Qəzza hücumlarında ölən jurnalistlərin sayı 200 nəfəri keçib

İsrailin Qəzza hücumlarında ölən jurnalistlərin sayı 200 nəfəri keçib

Bakı, AzerVoice

İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda həlak olan jurnalistlərin sayı 208-ə yüksəlib.

AzerVoice xəbər verir ki, Qəzza hökumətinin Media Ofisindən verilən açıqlamada fələstinli jurnalist Husam Şebatın İsrailin hücumları nəticəsində həyatını itirdiyi bildirilib.

Açıqlamada Qəzzada daha bir jurnalistin öldürülməsi ilə 7 oktyabr 2023-cü ildən bu yana İsrailin hücumlarında həyatını itirən mətbuat mənsublarının sayının 208-ə yüksəldiyi bildirilib.

Beynəlxalq Jurnalistlər Federasiyası və Ərəb Jurnalistləri Federasiyası başda olmaqla bütün media qurumlarını Qəzza zolağında fələstinli jurnalistlərə qarşı törədilən bu sistematik cinayətləri pisləməyə çağıran bəyanatda, “Biz İsrail və ABŞ-ı, İngiltərə, Almaniya və Fransa kimi ölkələri bu soyqırım cinayətinin məsuliyyətini öz üzərinə götürməyə çağırırıq”- deyə daxil edilmişdir.

Digər Kateqoriyalar

2025 © Azervoice