BAKI, AzerVoice
İsrailin Qəzzaya humanitar yardımın girişini məhdudlaşdırması bölgədə aclıq və xəstəlik riskini artırır.
AzerVoice xəbər verir ki, BMT-nin Fələstinli
Qaçqınlara Yardım Agentliyinin (UNRWA) baş komissarı Filip
Lazzarini İsrailin üç həftədir sərhəd qapılarını bağlaması
nəticəsində daha çox uşağın ac yatdığını bildirib.
O, Qəzza sakinlərinin qida, dərman, su və yanacaq çatışmazlığı
səbəbindən ağır vəziyyətə düşdüyünü qeyd edib.
Lazzarini İsrailin blokadanı dayandırmasını, bütün məhbusların azad olunmasını və Qəzzaya humanitar yardımın fasiləsiz çatdırılmasını tələb edib. O, bu vəziyyətin bölgəni ciddi aclıq böhranına sürüklədiyini vurğulayıb.
Qeyd edək ki, Qəzzada uzun müddətdir davam edən blokada yerli əhalinin gündəlik həyatına ciddi təsir göstərir və beynəlxalq təşkilatlar humanitar yardımların maneəsiz çatdırılmasını tələb edirlər.