Əsas səhifə » HƏMAS vasitəçi dövlətlərlə Uitkoff planını müzakirə edir

HƏMAS vasitəçi dövlətlərlə Uitkoff planını müzakirə edir

Bakı, AzerVoice

HƏMAS, Qəzzadaki münaqişənin həlli üçün ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkofun təklif etdiyi planı vasitəçi ölkələrlə müzakirə edir.

AzerVoice xəbər verir ki, bu barədə HƏMAS-ın nümayəndəsi Abdel Lətif əl-Kanua məlumat verib.

"Uitkofun planə və digər ideyalar vasitəçilərlə müzakirə olunur, razılaşma əldə etmək üçün əlaqələr davam etdirilir", - deyə o bildirib.

Onun sözlərinə görə, HƏMAS Qəzzanın idarə olunması üçün birgə razılaşdırılmış hər hansı bir formatı qəbul etməyə hazırdır.

Qeyd edək ki, bundan əvvəl Uitkof bildirib ki, Vaşinqton, Qətər vasitəsilə HƏMAS-la danışıqlar aparır. O bildirib ki, ABŞ HƏMAS-ın Qəzzada mövcudluğunu, yalnız hərəkatın tərksilah olunması təqdirdə qəbul edəcək.

Xatırladaq ki, yanvar ayının ortalarında İsrail və HƏMAS, Misir, Qətər və ABŞ vasitəçiliyi ilə Qəzza zolağında atəşkəs rejiminin tətbiqi barədə razılaşıblar və bu razılaşma 19 yanvar tarixində qüvvəyə minib. Razılaşmanın ilk mərhələsi martın 1-i başa çatıb və İsrailə 33 girov, o cümlədən ölənlərin cəsədləri qaytarılıb. Bunun qarşılığında İsrail 1500-dən çox fələstinli məhbusu azad edib.

Martın 2-si İsrail Qəzzaya humanitar yardımların göndərilməsini dayandırıb və bütün yoxlama məntəqələrini bağlayıb. Bu addımın səbəbi isə HƏMAS-ın Uitkofun təklifini qəbul etməməsi olub.

Martın 18-i isə İsrail ordusu HƏMAS-ın Qəzzadaki hərbi obyektlərinə hücum edib.

Digər Kateqoriyalar

2025 © Azervoice