Əsas səhifə » İsrail mülki vətəndaşların sığındığı məktəbi bombalayıb

İsrail mülki vətəndaşların sığındığı məktəbi bombalayıb

BAKI,AzerVoice

İsrailin Qəzza şəhərində məcburi köçkünlərin sığındığı bir məktəbi hədəf alması nəticəsində onlarla fələstinli həyatını itirdi və yaralandı.

AzerVoice xəbər verir ki, İsrail ordusu bu gecə Qəzza zolağına yenidən genişmiqyaslı hücumlara başladığını elan etdi.

İsrailin Qəzzaya ən azı 35 hava hücumu təşkil etdiyi bildirilir.

İsrailin Qəzza zolağına endirdiyi hücumlarda aralarında çox sayda uşağın da olduğu 200-dən çox fələstinli həyatını itirib, yaralı sayı isə artmaqdadır.

İsrail ordusunun Daxili Cəbhə Komandanlığı, Qəzza zolağı ətrafındakı məktəblərdə təhsilin dayandırıldığını və fermerlərin sərhədə yaxın ərazilərdə işləməsinə icazə verilməyəcəyini açıqlayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice