Əsas səhifə » HƏMAS atəşkəsə dair danışıqlarda yeni mərhələyə başlayıb

HƏMAS atəşkəsə dair danışıqlarda yeni mərhələyə başlayıb

Bakı, AzerVoice

HƏMAS Qəzza zolağında atəşkəsə dair yeni danışıqlar mərhələsinin başladığını elan edib.

AzerVoice xəbər verir ki, bu barədə HƏMAS nümayəndəsi Əbdürrəhman Şadid-in verdiyi açıqlamada deyilir.

Açıqlamada qeyd olunub ki, HƏMAS danışıqlar prosesində irəliləyiş olacağına ümid edir.

Şadid əlavə edib ki, mövcud məsləhətləşmələr çərçivəsində HƏMAS nümayəndələri ABŞ prezidentinin girovlarla bağlı xüsusi nümayəndəsi Adam Beylerlə görüşəcəklər.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi verdiyi açıqlamada, 10 mart tarixində İsrailin danışıqlar heyətinin Qətərə yollanacağını və Qəzzada atəşkəs və əsir mübadiləsi üzrə danışıqları canlandırmağa çalışacağını bildirmişdi.

Xatırladaq ki, Qahirədə HƏMAS rəhbərliyi ilə görüşlər keçirilib və bu görüşlərdə Qəzzada atəşkəs sazişinin icrası və ikinci mərhələ üzrə danışıqlar müzakirə olunub.

Misir rəsmiləri eyni zamanda Qətər və ABŞ-dan olan nümayəndələri ilə də görüşlər keçirdiklərini bildiriblər.

HƏMAS 9 mart gecəsi Qahirədə danışıqların keçirildiyini təsdiqləyib, lakin əldə olunan konkret nəticələrlə bağlı açıqlama verməyib.

Digər Kateqoriyalar

2025 © Azervoice