Əsas səhifə » HƏMAS Vaşinqtonla danışıqlarda şərtləri açıqladı

HƏMAS Vaşinqtonla danışıqlarda şərtləri açıqladı

BAKI, AzerVoice

HƏMAS heç bir tərəfin tərksilahına dair öhdəlik götürmədiyini bildirib.

AzerVoice xəbər verir ki, HƏMAS-ın məlumatlı mənbələri tərksilahın yalnız Fələstin dövlətinin yaradılmasına imkan verən aydın siyasi yol olduğu təqdirdə mümkün ola biləcəyini bildiriblər.

Belə ki, HƏMAS rəsmiləri ilə görüşən ABŞ-ın girovlarla iş üzrə nümayəndəsi Adam Buehler, təşkilatın beynəlxalq zəmanətlə əsirləri dəyişdirmək və uzunmüddətli atəşkəsə razı olmaq təklifini irəli sürdüyünü bildirib.

Danışıqlara yaxın mənbələr HƏMAS və ABŞ arasında aparılan son müzakirələri "müsbət" kimi dəyərləndirib və prosesin uğurlu olması üçün əlavə zamana ehtiyac olduğunu vurğulayıb.

Mənbələr qeyd edib ki, HƏMAS liderləri Buehlerə 5 ildən 10 ilə qədər, hətta daha uzunmüddətli atəşkəs haqqında razılaşma ideyasını təklif ediblər.

Qeyd edək ki, HƏMAS və ABŞ arasındakı bu danışıqlar Vaşinqtonun təşəbbüsü ilə baş tutub və tərəflər arasında girovların azad olunması və atəşkəs məsələləri müzakirə olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice