Əsas səhifə » İsrail Qəzzadakı atəşkəsi pozmağda davam edir - HƏMAS

İsrail Qəzzadakı atəşkəsi pozmağda davam edir - HƏMAS

Bakı, AzerVoice

İsrail Qəzza zolağında atəşkəs razılaşmasını pozmağa davam edir.

AzerVoice xəbər verir ki, bu sözlər HƏMAS-ın verdiyi açıqlamada yer alıb.

Açıqlamada qeyd edilib ki, İsrail atəşkəsin ikinci mərhələsinə başlamaqdan imtina edir. Bu da onun məsələni uzatmaq və boyun qaçırmaq niyyətini göstərir. i

HƏMAS, ikinci mərhələ üzrə danışıqlara dərhal başlamağa hazır olduğunu da vurğulayıb.

Qeyd edək ki, daha əvvəl HƏMAS bildirib ki, vasitəçilərin səylərinə çevik yanaşıb və Misir, Qətər və ABŞ-ın İsraillə aparacağı danışıqların nəticəsini gözləyir.

HƏMAS, İsrailin Qəzzada döyüşləri bərpa etmək planları və elektrik enerjisini kəsmək qərarının uğursuzluğa məhkum olan seçimlər olduğunu və əsirlərin həyatı üçün təhlükə yaratdığını bildirib.

Həmçinin qeyd edək ki, İsrail nümayəndə heyəti bugün Dohaya yola düşüb və bu, Qəzzadakı atəşkəsin gələcəyi ilə bağlı yeni müzakirələrin bir hissəsi olacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice