Əsas səhifə » Netanyahu atəşkəsi pozmağa çalışır - HƏMAS

Netanyahu atəşkəsi pozmağa çalışır - HƏMAS

BAKI, AzerVoice

HƏMAS İsrailin baş naziri Benyamin Netanyahunu atəşkəs razılaşmasını pozmağa cəhd etməkdə ittiham edir.

AzerVoice xəbər verir ki, HƏMAS Siyasi Bürosunun üzvü İzzat ər-Rişk verdiyi yazılı açıqlamada Netanyahunun yeni bir yol xəritəsi tətbiq edərək, mövcud razılaşmanı pozmağa çalışdığını bildirib.

O, Netanyahunun israilli məhbusların həyatı bahasına şəxsi maraqlarını üstün tutduğunu və bu prosesdə məhbus ailələrinin tələblərinə əhəmiyyət vermədiyini vurğulayıb.

Rişk razılaşmanın şərtlərinə əməl edilməsi və ikinci mərhələ ilə bağlı danışıqlara başlanmasının vacibliyini qeyd edərək, bunun təxirə salınmasının vaxt itkisi olduğunu və girovların həyatı ilə oynamaq demək olduğunu bildirib.

HƏMAS rəsmisi həmçinin İsrailin Qəzza zolağına elektrik enerjisinin verilməsini dayandırmasını sərt şəkildə tənqid edib. Onun sözlərinə görə, bu addım fələstinliləri yemək, dərman və sudan məhrum etməyə yönəlmiş qəbuledilməz bir şantaj siyasətidir.

Qeyd edək ki, İsrailin enerji naziri Eli Koen dünən Qəzzaya elektrik enerjisinin verilişini dərhal dayandırdıqlarını açıqlayıb. Həmçinin, atəşkəs razılaşmasının ilk 42 günlük mərhələsi başa çatdıqdan sonra İsrail humanitar yardımların Qəzzaya girişini dayandırıb. Baş nazir Netanyahu HƏMAS-ı əsirləri təhvil verməzsə, davamlı addımlarla hədələyib.

Digər Kateqoriyalar

2025 © Azervoice