Əsas səhifə » İsrail fələstinlilərin namaz qılmasına mane olur

İsrail fələstinlilərin namaz qılmasına mane olur

BAKI,AzerVoice

İsrail, fələstinlilərin Ramazanda Məscidül-Əqsada cümə namazı qılmasına mane olmağa davam edir.

AzerVoice xəbər verir ki, İsrail, işğal altında saxladığı Qərb Sahilindəki fələstinlilərin Məscidül-Əqsada cümə namazı qılmaq üçün Qüdsə keçməsinə bu Ramazanda da qadağa qoymaq qərarını bir daha təkrarladı.

İsrail Baş Nazirlik Ofisinin açıqlamasına görə, ötən il olduğu kimi, bu il də Ramazan ayı boyunca cümə namazı qılmaq üçün Qərb Sahilindən gələn fələstinlilərin Şərqi Qüdsə girişinə məhdudiyyətlər tətbiq ediləcək.

Açıqlamada bildirilib ki, Ramazan boyunca cümə günləri ibadət üçün Qərb Sahilindən gələnlərin yalnız keçərli icazəyə malik olması və təhlükəsizlik dəyərləndirməsindən keçməsi şərti ilə Qüdsə girişinə icazə veriləcək.

İşğal altındakı Şərqi Qüdsdə yerləşən Məscidül-Əqsaya daxil olmaq üçün lazımi icazələrin alınması və təhlükəsizlik yoxlamasından keçmək şərti ilə yalnız 55 yaşdan yuxarı kişilərə, 50 yaşdan yuxarı qadınlara və 10 yaşdan kiçik uşaqlara icazə veriləcəyi qeyd edilib.

Digər Kateqoriyalar

2025 © Azervoice