Əsas səhifə » Atəşkəsə dair danışıqlarda heç bir irəliləyiş yoxdur - HƏMAS

Atəşkəsə dair danışıqlarda heç bir irəliləyiş yoxdur - HƏMAS

Bakı, AzerVoice

İsraillə HƏMAS arasında atəşkəsin ikinci mərhələsinə dair aparılan danışıqlarda indiyədək heç bir irəliləyiş əldə olunmayıb.

AzerVoice xəbər verir ki, bu barədə HƏMAS-ın siyasi bürosunun üzvü Basem Naimin verdiyi açıqlamada deyilir.

Açıqlamada bildirilib ki, danışıqların yenidən başlayıb-başlamayacağı bəlli deyil.

Qeyd edək ki, İsrail və HƏMAS arasında atəşkəsin birinci mərhələsi Qəzza Zolağında 15 ay davam edən toqquşmaları dayandırmış və təxminən 2 min fələstinli əsirin azad edilməsi müqabilində 33 girovun sərbəst buraxılmasını təmin etmişdi.

Birinci mərhələ bu gün başa çatır. Lakin İsraillə HƏMAS arasında əldə edilən razılaşmaya əsasən, müharibəni sona çatdıracaq və qalan girovların evlərinə qayıtmasını təmin edəcək ikinci mərhələ danışıqları davam etdiyi müddətdə döyüşlər yenidən başlamayacaq.

İkinci mərhələyə dair danışıqlar Qahirədə aparılır. İsrail, Qətər, Misir və ABŞ rəsmiləri şərtləri müzakirə edirlər.

Digər Kateqoriyalar

2025 © Azervoice