Əsas səhifə » Qəzza Fələstin dövlətinin ayrılmaz hissəsi olmalıdır- BMT

Qəzza Fələstin dövlətinin ayrılmaz hissəsi olmalıdır- BMT

Bakı, AzerVoic

Yaxın Şərqdəki sürətli dəyişikliklər İsrail və Fələstin arasında iki dövlətli həll üçün tarixi bir fürsət yarada bilər, lakin bu, eyni zamanda "son şans" ola bilər.

AzerVoice xəbər verir ki , bu barədə BMT-nin Yaxın Şərq Sülh Prosesi üzrə Xüsusi Koordinatoru və Qəzza üzrə Baş Humanitar Yardım və Yenidənqurma Koordinatoru Siqrid Kaaq BMT Təhlükəsizlik Şurasına açıqlamasında bildirib.

"Yaxın Şərq hazırda təsiri hələ də qeyri-müəyyən olan sürətli dəyişikliklər yaşayır. Lakin bu, eyni zamanda tarixi bir fürsət də təqdim edir. Əgər doğru addımlar atılsa, bölgə xalqları bu prosesdən sülh, təhlükəsizlik və ləyaqətlə çıxa bilər. Ancaq bu, iki dövlətli həllə nail olmaq üçün son şansımız ola bilər", – deyə Kaaq vurğulayıb.

Kaaq, işğal altındakı İordan çayının qərb sahilində İsrail məskənlərinin genişlənməsi, hərbi əməliyyatlar və ilhaq çağırışlarının müstəqil və yaşaya bilən Fələstin dövlətinin qurulmasına ciddi təhlükə yaratdığını bildirib.

"İsrailin qərb sahildə davam edən hərəkətləri iki dövlətli həllin mümkünlüyünü ciddi təhlükə altına alır", – deyə o əlavə edib.

BMT rəsmisi, həmçinin yanvarın 19-dan bəri atəşkəsin qüvvədə olduğu Qəzza zolağında hərbi əməliyyatların bərpasına qarşı çıxaraq tərəfləri atəşkəs razılaşmasının ikinci mərhələsi ilə bağlı danışıqları tamamlamağa çağırıb.

BMT rəsmisi münaqişənin yalnız siyasi yolla həll edilə biləcəyini bildirərək, beynəlxalq ictimaiyyəti Qəzzanın gələcək Fələstin dövlətinin ayrılmaz hissəsi olaraq qalmasını təmin etməyə çağırıb. O, İordan çayının qərb sahili, Qəzza və Şərqi Qüdsün birləşməsinin vacib olduğunu vurğulayıb.

ABŞ Prezidenti Donald Trampın Qəzzaya nəzarəti ələ keçirmək və əhalini köçürmək planı ilə bağlı suallara cavab verən Kaaq , "Məcburi köçkünlükdən danışmaq tamamilə qəbuledilməzdir. Fələstinlilər öz torpaqlarında qalmalı, Qəzzanın yenidən qurulmasını və gələcəyini təmin etməlidirlər." - deyə bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice