BAKI,
AzerVoice
Fələstin Xarici İşlər Nazirliyi İsrailin Ramazan ayında
Məscidül-Əqsaya giriş-çıxış məhdudiyyətləri tətbiq etməyi
planlaşdırmasını sərt şəkildə tənqid edib və bunu "ibadət
azadlığının açıq-aşkar pozulması" adlandırıb.
AzerVoice xəbər verir ki , nazirliyin verdiyi rəsmi bəyanatda qeyd olunur ki, bu məhdudiyyətlər İsrailin işğal olunmuş ərazilərdə siyasi, tarixi və hüquqi reallığı zorla dəyişdirmək cəhdinin bir hissəsidir.
Fələstin Xarici İşlər Nazirliyi "xristian və islami müqəddəs yerləri, onların şəxsi heyətini və ibadət edənləri qorumaq" məqsədilə beynəlxalq ictimaiyyəti müdaxilə etməyə çağırıb.
Məlumata görə, İsrail polisi Ramazan ayında Məscidül-Əqsaya ibadət edənlərin girişini məhdudlaşdırmağı planlaşdırır.
HƏMAS İsrailin bu planını "təhlükəli" adlandırıb və bildirib ki, bu, Məscidül-Əqsada ibadət azadlığını məhdudlaşdırmaq məqsədi daşıyan bütün normaların, əhdlərin və ilahi qanunların açıq şəkildə pozulmasıdır.