Əsas səhifə » Qəzzada körpələr soyuq ölümlə üz -üzədir

Qəzzada körpələr soyuq ölümlə üz -üzədir

Bakı, AzerVoice

Qəzza zolağında İsrailin yardımların girişinə mane olması səbəbindən altı körpə soyuqdan həyatını itirib.

AzerVoice xəbər verir ki ,HƏMAS beynəlxalq ictimaiyyəti faciəyə qarşı səssiz qalmamağa çağırıb.

Qurbanlar arasında cəmi iki aylıq körpələr də var. Çadırlarda yaşamaq məcburiyyətində qalan ailələr soyuğa dözə bilmir, sığınacaq, istilik və tibbi ləvazimat çatışmazlığı isə fəlakəti daha da dərinləşdirir.

HƏMAS yayımladığı bəyanatda ABŞ, Misir və Qətəri təcili tədbirlər görməyə çağırıb, İsrailin humanitar yardımları dərhal buraxmasını tələb edib.

Qeyd edək ki, Qəzza zolağında 61 mindən çox fələstinli ölüb, onlardan 17 mini uşaqdır. Qəzzanın 88% infrastrukturunu məhv edilib, xəstəxanalar və məktəblər də dağıdıldığı üçün tibbi xidmətlər çadırlarda göstərilir.

İsrailin humanitar yardımları blokadada saxlaması səbəbindən Qəzzada qida, təmiz su, sığınacaq və istilik materiallarına kəskin ehtiyac var.

Digər Kateqoriyalar

2025 © Azervoice