Bakı, AzerVoice
HƏMAS-ın təkrarlanan pozuntuları, xüsusilə girovlarımızın ləyaqətini alçaldan mərasimlər və girovlardan təbliğat məqsədi ilə istifadə edilməsi səbəbilə, dünən azad edilməsi planlaşdırılan fələstinli məhbusların buraxılması təxirə salınıb.
AzerVoice xəbər verir ki, bunu İsrail baş naziri Benyamin Netanyahu deyib.
Netanyahu bildirib ki, fələstinli məhbusların azad edilməsi HƏMAS-ın keçirdiyi alçaldıcı mərasimləri bitənədək təxirə salınıb.
Fələstinli ailələr, İsrailin fələstinli məhbusların azad edilməsini təxirə salmasından sonra məyus olub.
Xatırladaq ki, HƏMAS girov cəsədlərinin təhvil verilməsi zamanı mərasim keçirib. Bu, BMT daxil olmaqla geniş tənqidlərə səbəb olub.
"Cəsədlərin bu şəkildə nümayiş etdirilməsi iyrənc, qəddar və beynəlxalq hüquqa ziddir",- deyə BMT-nin İnsan Haqları üzrə komissarı Folker Türk bildirib.
Daha əvvəl, İsrailli rəsmilər bildirib ki, 600-dən çox fələstinli məhbusun azad edilməsi yalnız Netanyahunun həmin gün keçirəcəyi təhlükəsizlik məsləhətləşmələrindən sonra baş tuta bilər.
Bu arada, işğal altındakı İordan çayının qərb sahilində və Qəzza zolağında ailələr saatlarla yaxınlarının İsrail həbsxanalarından azad olunmasını gözləyib.
"İşğalçının mübadilə prosesinin yeddinci mərhələsində məhbusların azad edilməsi üçün razılaşdırılmış tarixə əməl etməməsi açıq şəkildə razılaşmanın pozulmasıdır",- deyə HƏMAS sözçüsü Əbdüllətif Qanu deyib.
Həmas, vasitəçiləri və razılaşmanın təminatçılarını işğalçının atəşkəs razılaşmasına hörmət etməsi üçün təzyiq göstərməyə çağırıb.