Əsas səhifə » Netanyahu Qəzzadaki atəşkəs razılaşmasını davam etdirmək qərarına gəlib

Netanyahu Qəzzadaki atəşkəs razılaşmasını davam etdirmək qərarına gəlib

Bakı, AzerVoice

İsrailin Baş naziri Benyamin Netanyahu atəşkəs razılaşmanın icrasını davam etdirir.

AzerVoice xəbər verir ki, bu haqda Təl-Əvivdəki siyasi mənbələr məlumat verib.

Məlumata əsasən, Netanyahu sağçı koalisiya tərəfdaşlarının Bat Yam və Holon şəhərlərində baş verən avtobus partlayışlarına cavab olaraq danışıqları dayandırmaq, məhbus mübadiləsi razılaşmasını pozmaq və Qəzzada atəşkəsi ləğv etmək tələblərini rədd etdiyini bildirib və əvəzində “Amerika məsləhətini” qəbul edərək razılaşmanın icrasını davam etdirdiyini qeyd edib.

Məlumata görə, Netanyahunun əvvəlcə HƏMAS-a qarşı sərt ifadələr işlətdiyi, xüsusilə Şira Bibasın cəsədinin əvəzinə yanlışlıqla Qəzzadan başqa bir qadının cəsədinin göndərilməsindən sonra qəzəbləndiyi bildirilib. Netanyahu İsrailin intiqam alacağını bəyan edib və ordusuna İordan çayının qərb sahilində hərbi tədbirləri sərtləşdirməyi əmr edib, lakin təhdidlərinə baxmayaraq razılaşmanın icrasının davam etdiyini bildirib.

Qeyd edək ki, HƏMAS İsrailə altı diri girovun şənbə günü azad ediləcəyini bildirib. Əvəzində İsrail 602 fələstinli məhbusu, o cümlədən 50 ömürlük cəza alan, 60 ağır cəza çəkən, “Şalit Mübadiləsi” çərçivəsində azad edilib sonradan yenidən həbs olunan 47 nəfəri və 7 oktyabr 2023-dən sonra həbs edilən 445 Qəzza məhbusunu azad edəcək. HƏMAS səhv göndərilən qadın cəsədinin qaytarılmasını tələb edib və bu səhvin araşdırılacağını bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice