Əsas səhifə » HƏMAS bütün girovları bir anda azad etməyi təklif edir

HƏMAS bütün girovları bir anda azad etməyi təklif edir

Bakı, AzerVoice

Bu gün dörd israilli girovun cəsədini təhvil verməsi gözlənilən Həmas dünən iki tərəf arasında girovların təkbətək azad edilməsini təklif edib.

AzerVoice xəbər verir ki, HƏMAS Siyasi Bürosunun rəhbərinin mətbuat müşaviri Tahir əl-Nunou bildirib ki, HƏMAS vasitəçilərə girovların mərhələli şəkildə deyil, bir anda azad edilməsinə hazır olduqlarını bildirib. Bunun əvəzində isə İsrail həbsxanalarında saxlanılan bütün fələstinli məhbusların azad edilməsini tələb edirlər.

İsrail ordusunun verdiyi məlumata görə, münaqişənin başlanmasından 500 gün keçməsinə baxmayaraq, Qəzzada hələ də 70 israilli girov saxlanılır. Onlardan 35-i artıq həyatını itirib.

Hazırda İsrail, Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsi üzrə danışıqlara qoşulmaqda tərəddüd edir. İsrail yeni şərtlər irəli sürərək HƏMAS-ın tərksilahını tələb edib. Lakin HƏMAS bu tələbi qəti şəkildə rədd edib

Digər tərəfdən, Dünya Bankının hesabatına əsasən, Qəzza zolağının yenidən qurulması və bərpası üçün 53 milyard dollar tələb olunur. Bu hesabat 2023-cü ilin oktyabrından 2024-cü ilin oktyabrına qədər toplanmış məlumatlar əsasında hazırlanıb.

Digər Kateqoriyalar

2025 © Azervoice