Əsas səhifə » Fələstin dediyiniz yer İsrail ərazisidir - İsrail XİN

Fələstin dediyiniz yer İsrail ərazisidir - İsrail XİN

Bakı, AzerVoice

İsrailin xarici işlər naziri Gideon Saar Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı qalmaqallı bəyanatla çıxış edib.

AzerVoice xəbər verir ki, Saar fələstinli müxbirin sualına cavab olaraq, "Fələstinlilər öz dövlətlərini qurmaqdansa, İsraili məhv etməyə daha çox maraq göstərirlər. Bizim təxribatdan heç vaxt əl çəkməyən düşmənimiz var. Fələstin dediyiniz yer İsrail ərazisidir." - deyə bildirib.

O, həmçinin İsrailin Qəzzadakı əsas məqsədlərindən birinin bütün məhbusları geri qaytarmaq olduğunu vurğulayaraq, "Geri gətirdiyimiz hər məhbus bizi bu hədəfə daha da yaxınlaşdırır." -deyə vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice