Əsas səhifə » Abbas Çini ABŞ-ın təkliflərini rədd etdiyinə görə təşəkkür edib

Abbas Çini ABŞ-ın təkliflərini rədd etdiyinə görə təşəkkür edib

Bakı, AzerVoice

Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas, ABŞ-ın fələstinliləri Qəzza zolağından köçürmək planlarını rədd etdiyinə görə Çin prezidenti Si Cinpinə təşəkkür edib.

AzerVoice xəbər verir ki, bu barədə Abbasın Çin liderinə yazdığı məktubda deyilir.

Məktubda, Abbas Pekinin beynəlxalq ictimaiyyəti Yaxın Şərqdəki zorakılığı dayandırmağa və Fələstin məsələsində ədalətli həllə nail olmağa çağırmasını yüksək qiymətləndirib.

Qeyd edək ki, daha öncə ABŞ Prezidenti Donald Tramp Qəzza ilə bağlı qalmaqallı açıqlamalarını təkrarlayaraq, İordaniya Kralı II Abdullah ilə görüşündə Qəzzanı ABŞ-ın yurisdiksiyası altına alacaqlarını bildirib.

"Qəzzanı ələ keçirəcəyik və onu nəzarətimizdə saxlayacağıq”-deyə Tramp bildirib.
Tramp həmçinin, Qəzzadakı fələstinlilərin Misir və İordaniya kimi qonşu ölkələrə köçürülməsi planını xatırladaraq, Qəzzanın yaşayış üçün yararsız bir ərazi olduğunu və yenidən qurulmalı olduğunu təkrarlayıb.

"Orada satın alınacaq bir şey yoxdur. Oranı ələ keçirəcəyik və nəzarətimizdə saxlayacağıq. Nəhayət, bu layihəni həyata keçirərək Orta Şərqdə insanlar üçün çox sayda iş imkanı yaradacağıq. Məncə, bura bir almaz ola bilər", – deyə Tramp bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice