Əsas səhifə » Qəzzaya hücum cavabsız qalmayacaq - Husilər

Qəzzaya hücum cavabsız qalmayacaq - Husilər

Bakı, AzerVoice

ABŞ və İsrail Qəzza zolağına hücum edərsə, hərbi əməliyyatlar həyata keçiriləcək.

AzerVoice xəbər verir ki, bunu Yəmən husi qruplaşmasının lideri Əbdül-Malik əl-Husi televiziyaya çıxışı zamanı bildirib.

“Amerika və İsrail yerdəyişmə planını güc yolu ilə həyata keçirməyə başlayarsa, raket zərbələri, pilotsuz təyyarələr, dəniz əməliyyatları və digər vasitələrlə müdaxilə edəcəyik”,- deyə əl-Husi qeyd edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp HƏMAS-ın şənbə günü günortaya qədər bütün israilli girovları azad etməsə, Qəzza zolağında atəşkəs rejimini ləğv edəcəyini və oranı cəhənnəmə çevirəcəyini bildirmişdi.

HƏMAS cümə axşamı Qəzza zolağında atəşkəs razılaşmasını İsrailin də eyni şəkildə yerinə yetirməsi şərti ilə həyata keçirəcəyini təsdiqləyib.

Xatırladaq ki, yanvarın 19-da qüvvəyə minən və ilk mərhələsi 42 gün davam edəcək atəşkəs razılaşmasına əsasən, girov və əsir mübadiləsinin altıncı mərhələsi gələn şənbə günü həyata keçirilməli idi, lakin HƏMAS İsraili sazişin həyata keçirilməsinə maneçilik törətməkdə, xüsusən də humanitar yardımın daxil olmasına əngəl törətməkdə ittiham edərək onun təxirə salındığını elan edib.

Digər Kateqoriyalar

2025 © Azervoice