Əsas səhifə » HƏMAS İsrailin İordan çayının qərb sahilindəki hücumlarına reaksiya göstərib

HƏMAS İsrailin İordan çayının qərb sahilindəki hücumlarına reaksiya göstərib

Bakı, AzerVoice

HƏMAS rəsmisi Mahmud Merdavi yazılı açıqlamasında, İordan çayının qərb sahilində qanunsuz məskunlaşmaların genişləndirilməsinin və torpağların sürətlə ələ keçirilməsinin, o cümlədən fələstinlilərə aid hər şeyin məhv edilməsinə əsaslanan İsrailin işğal düşüncəsini əks etdirdiyini bildirib.

AzerVoice xəbər verir ki, İsrail ordusunun fələstinlilərə etdiyi soyqırımın, hədəflərinə sadiq olan Fələstin xalqını çəkindirə bilməyəcəyini vurğulayan Merdavi, "Fələstin müqavimətinin məqsədlərinə çatana qədər davam edəcəyini" bildirib.

Fələstin Azadlıq Təşkilatına (FAT) bağlı Ayrı-Seçkilik Divarı və Yəhudi Məskunlaşma Birləşmələrinə Qarşı Mübarizə Komitəsinin rəhbəri Müeyyid Şaban bu gün verdiyi açıqlamada, İsrailin Betləhəm şəhərindəki Bittir kəndi torpaqları üzərində yeni bir yaşayış məntəqəsinin tikintisinə başladığını bildirib.

Bu addımın məqsədinin Qüds ilə Betləhəm şəhərləri arasındakı məsafəni daha da artırmaq olduğunu bildirən Şaban, yeni məskunlaşma məntəqəsinə Nahal Helitz adının verildiyini qeyd edib.

İsrail məlumatlarına görə, Şərqi Qüds də daxil olmaqla, işğal altındakı İordan çayının qərb sahilində zorla ələ keçirilən fələstin torpaqları üzərində 720 mindən çox silahlı mülki şəxs yaşayır.

Qeyd edək ki, İsrail ordusu İordan çayının qərb sahilində hücumlarını genişləndirir.

Digər Kateqoriyalar

2025 © Azervoice