Əsas səhifə » Qəzzanın bərpası üçün milyardlarla dollar lazımdır - BMT

Qəzzanın bərpası üçün milyardlarla dollar lazımdır - BMT

Bakı, AzerVoice

Qəzzanın yenidən qurulması və müharibədən zərər çəkmiş əraziləri əhatə edən humanitar fəlakətə son qoymaq üçün 53 milyard dollardan çox pul tələb olunur.

AzerVoice xəbər verir ki, bu haqda Birləşmiş Millətlər Təşkilatının hesabatında qeyd edilib.

"Baxmayaraq ki, hazırkı şəraitdə Qəzzada tələb olunacaq ehtiyacların tam miqyasını qiymətləndirmək mümkün olmayıb, ilkin qiymətləndirmə Qəzza zolağında bərpa və yenidənqurma ehtiyaclarının nə qədər böyük olduğunu göstərir", – deyə BMT-nin Baş katibi Antonio Quterreş bildirib.

Xatırladaq ki, Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə İsrail və Həmas arasında atəşkəs razılaşmasına əsasən, Qəzza müharibəsi yanvarın ortalarından dayandırılıb.

Qəzzanın səhiyyə nazirliyi bildirir ki, son 16 ayda 48 mindən çox fələstinli öldürülüb və Qəzza əhalisinin demək olar ki, hamısı aclıq böhranına səbəb olan münaqişə nəticəsində məcburi köçkün vəziyyətinə düşüb.

2023-cü il oktyabrın 7-də HƏMAS-ın başçılıq etdiyi İsrailin cənubundakı icmalarına hücumda 1200-ə yaxın adam həlak olub və təxminən 250 nəfər girov kimi Qəzzaya aparılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice