Əsas səhifə » Trampın Qəzza planı müharibə elanıdır - Fələstinli qruplar

Trampın Qəzza planı müharibə elanıdır - Fələstinli qruplar

Bakı, AzerVoice

Fələstinli qruplar ABŞ prezidenti Donald Trampın Qəzzanı işğal etmək və satın almaq planını Fələstin xalqını öz torpaqlarından qovmaq məqsədi daşıyan açıq müharibə elanı kimi qiymətləndiriblər.

AzerVoice xəbər verir ki, bütün Fələstin qruplarını öz çətiri altında birləşdirən Fələstin İslami və Milli Qüvvələri Koalisiyasının Təqib Komitəsi Trampın fevralın 9-da Qəzza ilə bağlı açıqlamalarına sərt reaksiya verərək bəyanat yayıb.

"Trampın son bəyanatları ABŞ-Sionist tərəfdaşlığının əsl simasını ortaya qoyur. Bu, xalqımızın Qəzza zolağından zorla çıxarılması və köçürülməsinə yönəlmiş yeni müharibə planıdır. Bu açıqlamalar ABŞ-ın gələcək administrasiyasının niyyətləri ilə bağlı təhlükəli siqnal ehtiva edir və bu planların qarşısını almaq üçün qətiyyətli beynəlxalq və ərəb mövqeyi tələb olunur." - deyə bildirilib.

Komitə, fevralın 27-də Misirin ev sahibliyi edəcəyi Ərəb Sammitində bu plana qarşı təsirli addımların atılmasına çağırıb.

Bəyanatda həmçinin vurğulanıb ki, fələstinlilərin məskunlaşdırılması və ya məcburi köçürülməsinə yönəlmiş hər hansı siyasi və ya humanitar layihə əngəllənməlidir.

Fələstin davasının öz torpaqlarında müqavimətinin gücləndirilməsinin zəruriliyi xüsusi qeyd olunub. Bunun üçün Fələstin xalqına siyasi və maliyyə dəstəyinin artırılmasının əhəmiyyətinə diqqət çəkilib.

Ərəb ölkələrinin ABŞ-ın məcburi miqrasiya planlarını həyata keçirmək üçün göstərə biləcəyi hər hansı təzyiqi rədd etməsinin vacibliyi vurğulanıb. Qeyd edilib ki, bu məsələdə göstərilən istənilən dözümlülük İsrailin davam edən cinayətlərinə birbaşa şərik olmaq mənasına gələcək.

"Köçürülmə, kökündən qopma, təslim olma! Qəzza dimdik dayanacaq və Fələstin bütün xalqına məxsus olacaq." - deyə bəyanatın sonunda belə bir mesaj verilib.

Digər Kateqoriyalar

2025 © Azervoice