Əsas səhifə » İsrail təhlükəsizlik şurasının kiçik tərkibli iclası girovların təhvil verilməsinin dayandırılmasına cavabı müzakirə edir

İsrail təhlükəsizlik şurasının kiçik tərkibli iclası girovların təhvil verilməsinin dayandırılmasına cavabı müzakirə edir

BAKI, AzerVoice

İsrail Təhlükəsizlik Şurasının kiçik tərkibli iclası hazırda HƏMAS-ın Qəzzada girovların azad edilməsini təxirə salmasına cavab tədbirlərini müzakirə edir.

AzerVoice xəbər verir ki, HƏMAS dünən şənbə günü planlaşdırılan əsirlərin təhvil verilməsi prosesinin dayandırıldığını elan edib.

HƏMAS İsrail rejimini atəşkəs şərtlərinə əməl etməməkdə ittiham edib və bildirib ki, əsirlərin təhvil verilməsinin dayandırılması qərarı "İsrailin atəşkəs razılaşmasını pozmasına cavabdır".

HƏMAS-ın bu bəyanatı demək olar ki, eyni vaxtda İsrailin Baş naziri Benyamin Netanyahunun Knessetdə keçirilən gərgin iclasda çıxışı ilə üst-üstə düşüb. Netanyahunun sözlərinə görə, onun administrasiyası "Yaxın Şərqdəki əsas məsələlər, o cümlədən HƏMAS-ın məhv edilməsi, bütün girovların geri qaytarılması və Qəzzanın İsrail üçün təhlükə yaratmaması öhdəliyi" ilə bağlı "ABŞ administrasiyası ilə razılaşır".

İsrailin müdafiə naziri Yisrael Katz isə girov razılaşmasının dayandırılmasını "atəşkəs razılaşmasının tam pozulması" kimi qiymətləndirib və ordunu "Qəzzada baş verə biləcək bütün mümkün ssenarilərə ən yüksək hazırlıq səviyyəsində olmağa" çağırdığını bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice