Əsas səhifə » Türkiyənin Qəzzaya göndərdiyi humanitar yardım gəmisi Misirə çatıb

Türkiyənin Qəzzaya göndərdiyi humanitar yardım gəmisi Misirə çatıb

Bakı, AzerVoice

Türkiyənin Qəzzaya göndərdiyi 15-ci humanitar yardım gəmisi Misirin Əl-Ariş limanına çatıb.

AzerVoice xəbər verir ki, bu haqda Fəlakət və Fövqəladə Hallar Rəhbərliyi (AFAD) məlumat verib.

Məlumata əsasən, Birləşmiş Millətlər Təşkilatı Fələstinli Qaçqınlara Yardım və İşlər İdarəsi (UNRWA) ilə əməkdaşlıq çərçivəsində Qəzzaya göndərilən humanitar yardımın ümumi miqdarının 96 min 131 tona çatdığı bildirilib.

Qeyd edək ki, bu humanitar yardımı 3 fevral tarixində Mersin Beynəlxalq Limanından yola düşmüşdü.

Digər Kateqoriyalar

2025 © Azervoice