Bakı, AzerVoice
İsrail ordusu, Qəzza zolağının şimalı ilə cənubunu ayıran Netzarim dəhlizindən çəkilib.
AzerVoice xəbər verir ki, İsrail ordusunun geri çəkildiyi dəhlizdən fələstinlilər piyada və maşınlarla irəliləyib.
Hadisə ilə bağlı İsrail ordusu rəsmi açıqlama verməyib.
Adının açıqlanmasını istəməyən İsrail ordusunun rəsmisi siyasi iradədən gələn göstərişləri yerinə yetirməyə hazırlaşdıqlarını bildirib.
Məlumat üçün bildirək ki, İsrail ordusu Qəzzanın işğalına başladıqdan sonra 2023-cü ilin noyabrında Qəzzanın ortasında dənizə qədər uzanan xətti işğal etdiyini açıqlamışdı. Təxminən 1,5 ildir davam edən Qəzza zolağının işğalı zamanı İsrail ordusu şimal-cənub xətti boyunca bölgəni ikiyə bölən dəhlizdə 600-ə yaxın strukturu partlatmaqla məhv edib.
İsrail ordusunun artan quru hücumlarına və Qəzza zolağının şimalını işğal etməsinə cavab olaraq cənuba köç etmək məcburiyyətində qalan fələstinlilər, İsrailin atəşi ilə hədəf olan Netzarim dəhlizində cənuba getməyə məcbur olublar.