Əsas səhifə » İsrail Müdafiə Naziri Qəzzə sakinlərinin çıxışı üçün orduya plan hazırlamağı tapşırıb

İsrail Müdafiə Naziri Qəzzə sakinlərinin çıxışı üçün orduya plan hazırlamağı tapşırıb

BAKI,AzerVoice

İsrailin müdafiə naziri Yisrael Kats bu gün (cümə axşamı) orduya Qəzzə sakinlərinin bölgədən çıxışına icazə verəcək bir plan hazırlamağı tapşırıb.AzerVoice xəbər verir ki, bu, ABŞ prezidenti Donald Trampın ABŞ-ın Qəzzəyə nəzarət etməyi və fələstinliləri başqa yerlərə köçürməyi planlaşdırdığını açıqlamasından sonra baş verib

"Ordunu Qəzzədə yaşayıb getmək istəyən hər kəsin bunu edə bilməsi üçün bir plan hazırlamağa tapşırmışam. Onları qəbul etmək istəyən istənilən ölkəyə gedə bilərlər.Plan, quru sərhəd keçidlərindən çıxış imkanlarını, eləcə də dəniz və hava yolu ilə çıxış üçün xüsusi tədbirləri əhatə edəcək."-deyə Kats deyib.

Kats Donald Trampın "Qəzzə zolağına nəzarət" planını alqışlayaraq bildirib ki, ABŞ prezidentinin planı "Qəzzəni tərk etmək istəyən sakinlər üçün geniş imkanlar yarada, onları qəbul edəcək ölkələrdə uğurla inteqrasiya olunmalarına kömək edə və silahsızlaşdırılmış, təhlükəsiz Qəzzənin yenidənqurma proqramlarının irəliləməsinə şərait yarada bilər."

Maliyyə naziri və Milli Təhlükəsizlik Şurasının üzvü Betsalel Smotriç də Katsın qərarını alqışlayaraq deyib: "Müdafiə nazirinin İsrail ordusunu miqrasiya planını həyata keçirməyə və Qəzzə sakinlərinin qəbul edəcək ölkələrə köçməsini asanlaşdırmağa hazırlıq görmək barədə verdiyi qərarı alqışlayıram. İllərdir, xüsusilə müharibənin başlanmasından bəri deyirik ki, İsrailin sülh və təhlükəsizliyini, Qəzzə sakinlərinin rifahını təmin edəcək başqa real həll yoxdur."-deyə o bildirib.

Qedy edək ki. ABŞ bu planı bir çox ölkə rəsmilər tərəfindən rədd edilib.

İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez bu gün İsrailin müdafiə nazirinin təklifini rədd edib. Albarez İspaniyanın RNE radio stansiyasına verdiyi müsahibədə: "Qəzzə sakinlərinin torpağı Qəzzədir... və Qəzzə gələcəkdə Fələstin dövlətinin bir hissəsi olmalıdır."-deyə bildirib.

Təxminən iki milyon fələstinlinin necə köçürüləcəyi və ya Qəzzəyə necə nəzarət ediləcəyi ilə bağlı detalları olmayan planda, Tramp müharibə nəticəsində dağıdılmış Qəzzəni "möhtəşəm" bir yerə çevirmək, partlamamış bombaları və dağıntıları təmizləyərək iqtisadi cəhətdən yenidən inkişaf etdirmək istədiyini bildirib.

Daha sonra ABŞ-ın xarici işlər naziri Marko Rubio Trampın təklifinin Qəzzənin yenidən qurulması müddətində fələstinlilərin müvəqqəti olaraq bölgədən çıxmasını nəzərdə tutduğunu açıqlayıb.

O vurğulayıb ki, Trampın təklifi "qərəzli deyildi, əksinə çox səxavətli bir addım idi, yenidənqurma təklifi və bu prosesə nəzarət etmək təşəbbüsü idi." Ağ Ev isə bildirib ki, Vaşinqton "Qəzzənin yenidən qurulmasını maliyyələşdirməyəcək."

Digər Kateqoriyalar

2025 © Azervoice