Bakı, AzerVoice
Fələstin mülki əhalisinin Qəzzadan köçürülməsi qəbuledilməzdir və beynəlxalq hüquqa zidd deyil. Bu, həm yeni əzablara həm də yeni nifrətə səbəb olacaq.
AzerVoice xəbər verir ki, bu fikirlər Almaniya xarici işlər naziri Annalena Baerbokun verdiyi açıqlamada öz əksini tapıb.
Onun sözlərinə görə, danışıqlar yolu ilə iki dövlətli həll yeganə həll yolu olaraq qalır.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Qəzzada yaşayan 2 milyondan çox fələstinlinin köçürülməsi perspektivini gündəmə gətirib. Tramp, İsrail və HƏMAS arasında təxminən 16 ay davam edən müharibədən sonra Qəzzanın yaşayış üçün yararsız hala düşdüyünü irəli sürüb.
Tramp, fələstinlilər başqa yerə köçürüldükdən sonra ABŞ-ın Qəzza zolağının ələ keçirəcəyini və onu iqtisadi cəhətdən inkişaf etdirəcəyini bildirib.