Bakı, AzerVoice
Qəzza hökuməti Birləşmiş Millətlər Təşkilatının (BMT) Qəzza zolağında yanacaq saxlamasını pisləyib.
AzerVoice xəbər verir ki, bu barədə Qəzza hökümətinin media ofisi açıqlama verib.
"Media ofisi, başda şimal bölgələri olmaqla, Qəzzadakı xəstəxanaların və humanitar yardım təşkilatlarının, xəstə və yaralıların həyatı üçün təhlükə yaradan yanacaq çatışmazlığı yaşadığı dövrdə bəzi BMT təşkilatlarının minlərlə litr yanacaq saxlamasını şiddətlə pisləyir.",- deyə açıqlamada bildirilib.
Qəzza köküməti, xəstəxanaların və humanitar yardım təşkilatlarının ciddi təhlükə ilə üzləşə biləcəyini qeyd edib.
Qeyd edək ki, İsrailin 15 aydan çox davam etdirdiyi və infrastrukturun zərər gördüyü Qəzzada elektrikə çıxışda böyük çətinliklər var.