18
Bakı, AzerVoice
HƏMAS ilə 19 yanvar atəşkəs razılaşması çərçivəsində İsrail tərəfindən azad edilən onlarla fələstinli məhbus arasından 15-i Türkiyəyə gəlib.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin təhlükəsizlik mənbələri məlumat yayıb.
Məlumatda, 15 fələstinli məhbusun Misirə deportasiya edildikdən sonra Türkiyəyə gəldiyi bildirilib. Lakin bu haqda daha ətraflı məlumat verilməyib.
Həmas mənbələri, Türkiyəyə gedən məhbuslarla yanaşı, bəzi məhbusların Əlcəzairə və ya Qətərə də gedə biləcəyini iddia edib.
Qeyd edək ki, atəşkəsin birinci mərhələsində, HƏMAS-ın 18 girovu azad etməsi və İsrailin 583 fələstinli məhbusu azad etməsi ilə nəticələndi, onlardan ən az 79-u Misirə göndərilib.